ADA keeps breaking records!
The ADA University School of Law team represented Azerbaijan at the Final Round of the 14th edition of the Helga Pedersen Moot Court Competition, held in Strasbourg, France, on June 1–5. With this performance, the team achieved several milestones for the country, becoming the first Azerbaijani team to place as Runner-Up in the Regional Rounds, the first to reach the Grand Final phase, and the first to advance to the Quarter-Finals.
During the trip, the students met with Ambassador Fakhraddin Ismayilov, Permanent Representative of the Republic of Azerbaijan to the Council of Europe, at the premises of the Permanent Mission. The meeting provided the team with practical insights into international law and diplomacy, emphasizing the value of academic participation in reputable international competitions.
***
ADA rekordlar qırmağa davam edir!
ADA Universitetinin Hüquq fakültəsinin komandası 1–5 iyun tarixlərində Fransanın Strazburq şəhərində keçirilən Helqa Pedersen adına 14-cü Beynəlxalq Məhkəmə Müsabiqəsinin Final mərhələsində Azərbaycanı uğurla təmsil edib. Tələbələrimiz ölkəmiz üçün bir neçə ilkə imza ataraq, Regional mərhələdə ikinci yerə layiq görülən, Böyük Final mərhələsinə və dörddəbir finala yüksələn ilk Azərbaycan komandası olub.
Səfər çərçivəsində tələbələr Azərbaycan Respublikasının Avropa Şurası yanındakı Daimi Nümayəndəliyində Daimi Nümayəndə, Səfir Fəxrəddin İsmayılovla görüşüblər. Görüş komanda üzvlərinə beynəlxalq hüquq və diplomatiya sahəsində praktiki biliklər qazandırmaqla yanaşı, belə nüfuzlu beynəlxalq müsabiqələrdə akademik iştirakın əhəmiyyətini bir daha vurğulayıb.
#adauniversity #lawstudent #InternationalLaw #councilofeurope