Azərbaycanın lider mobil operatorunun rəsmi Twitter səhifəsi. Sellülar (mobil) rabitə xidmətlərinə dair 24 avqust 2021-ci il tarixli 259 nömrəli lisenziya.
Daha çox film, daha çox musiqi, daha çox söhbət – hamısı sənin əlində! 🎬🎧💬 📲 3GB-dan 56GB-dək istədiyin paketi seç, kodu 2525-ə göndər və ya Azercell tətbiqindən qoşul. Yüksək sürətli internetlə istədiyin qədər əylən! 💜
Futbol həyəcanı hər zaman səninlədir! ⚽🔥
FIFA Dünya Çempionatı matçlarını Kinon-la izlə və oyunun hər anını canlı atmosferdə yaşa. 😍
Qarşılaşmaları Kinon tətbiqində İctimai TV telekanalının canlı yayımında izlə, qaçırdığın oyunlara isə arxivdən yenidən bax. 📲✅
#FIFAWorldCup
Təlimin davamı olaraq uşaqlar “Təhlükəsizlik uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində iştirak ediblər. Öyrənmə və yaradıcılığı bir araya gətirən müsabiqə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
2001-ci ildən fəaliyyət göstərən “Azercell Könüllüləri” təhsil, sosial rifah və icma inkişafı sahələrində həyata keçirdikləri təşəbbüslərlə cəmiyyətin həssas qruplarına dəstək olur, uşaqların və gənclərin inkişafına töhfə verir.
"Azercell Könüllüləri" 1 saylı Uşaq evində maarifləndirici proqram keçirib.
"Azercell Könüllüləri" Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evinin sakinləri üçün xüsusi proqram təşkil edib.
Uşaqlar mülki müdafiə və təhlükəsizlik mövzusunda interaktiv təlimə qatılaraq fövqəladə hallarda davranış qaydaları və təhlükəsizlik tədbirləri barədə praktiki biliklər əldə ediblər.
Azercell abunəçiləri artıq Wingz xidmətlərindən daha rahatlıqla yararlana bilərlər! 🛴
İndi Wingz tətbiqində balansını artırmaq üçün bank kartını əlavə etməyə ehtiyac yoxdur. Wingz balansını sadəcə mobil nömrənlə artıra bilərsən. 📲✅
#Azercell#Wingz
Azercell-in dəstəyi ilə IV Milli Kibertəhlükəsizlik Forumu baş tutub.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşəbbüsü ilə keçirilən IV Milli Kibertəhlükəsizlik Forumuna Azercell Platin sponsor qismində dəstək göstərib.
Tədbir zamanı rəqəmsal transformasiya dövründə yaranan yeni kibertəhdidlər, süni intellektin kibertəhlükəsizlikdə rolu və müasir müdafiə mexanizmləri ətrafında geniş müzakirələr aparılıb.
Azercell forumda korporativ müştərilər üçün təqdim etdiyi qabaqcıl kibertəhlükəsizlik həllərini nümayiş etdirib.
Süni intellekt əsaslı təhlükə aşkarlama və monitorinq imkanları iştirakçıların xüsusi marağına səbəb olub.
Günlük əyləncən üçün sənə ən uyğun internet paketini seç və yararlan.
Paketləri müvafiq açar sözü 2525-ə göndərməklə, həmçinin Azercell tətbiqində aktivləşdirə bilərsən.
350MB üçün “350”➡️ 2525
1.5GB üçün “gun” ➡️2525
Elə indi qoşul və əyləncənə əyləncə qat. 💜
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək.
4 iyun tarixində keçiriləcək forum dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri, texnologiya şirkətlərini və sahə peşəkarlarını bir araya gətirəcək.
Şirkətimiz tədbirdə korporativ müştərilər üçün nəzərdə tutulan ən müasir kibertəhlükəsizlik həllərini, o cümlədən süni intellekt əsaslı təhlükə aşkarlama və monitorinq imkanlarını təqdim edəcək.
Sağlam həyat, yüksək enerji və əlavə internet - hamısı GiqaAddım-da! 💜👟
📱 Azercell tətbiqini yüklə
🚶 “GiqaAddım” kampaniyasına qoşul
🎯 Hər gün 10.000 addım at
🎁 1GB internet qazan
✅ Eyni hədəfə 7 gün ardıcıl çatsan, 5GB bonus da əldə edəcəksən!
28 May müstəqilliyimizin, azad düşüncəmizin və gələcəyə inamla addımlamağımızın simvoludur!
Bizi birləşdirən dəyərlər, qüdrətimiz, müstəqil Azərbaycanımızın keçdiyi şərəfli və rəşadətli yol isə hər birimizin qürur mənbəyidir.
Müstəqillik Günümüz mübarək! 🇦🇿
Bu müqəddəs bayramda paylaşmağın, mərhəmətin və birlik olmağın dəyərini bir daha hiss edirik.
Birliyimiz və bərabərliyimiz daim olsun!
Qurban bayramınız mübarək!💜
Bizimlə sağlam həyata daha da yaxın ol və hədiyyə internet qazan! GiqaAddım ilə gün ərzində qeyd edilən məntəqələr arasında 10.000 addım at və 1GB internet əldə et.
Elə indi qoşul, addımlarını giqabayta çevir! 👟💜📶