Oxu.Az-ın məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Bizi izləyin!

Joined July 2013
36,266 Photos and videos
Azərbaycan futbolu hələ də böyük uğurların həsrətindədir. Amma son illərdə ölkəmizə həm Avropa, həm də dünya çempionluğu sevincini yaşadan bir komanda var - minifutbol millimiz. Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışında qonağımız Azərbaycan minifutbol millisinin üzvü, dünya və Avropa çempionu Xətai Bağırovdur. Verilişdə minifutbol millisinin uğur yolu, dünya və Avropa çempionluğuna aparan çətin mərhələlər, böyük futbol və minifutbol arasındakı fərqlər, eləcə də Azərbaycan futbolunun bugünkü vəziyyəti ətrafında maraqlı müzakirələr aparılıb. Podkast zamanı Xətai Bağırov Türkiyədə keçirilən beynəlxalq turnirdə qazandığı uğurlardan, həmçinin gələcək hədəflərindən də danışıb. Dünya çempionunun səmimi etirafları, maraqlı xatirələri və futbola fərqli baxışını iyunun 20-si saat 20:00-da "Oxu TV"nin "YouTube" kanalında izləyə bilərsiniz. Topu sizə ötürürük! ⚽🎙️ #TOPal #futbol #XətaiBağırov #oxuaz
19
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışına dair video paylaşılıb. #İlhamƏliyev #oxuaz
1
1
31
Bakının ən təmiz çimərlikləri AÇIQLANDI #Bakı #çimərlik #oxuaz
24
🇦🇿 Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışına dair videoçarx paylaşılıb. Ətraflı ➡️ youtube.com/shorts/fc0fIWv0J… #İlhamƏliyev #İslamİnkişafBankıQrupu #oxuaz
20
Neft emalı zavodunun vurulmasından sonra Moskvaya “neft yağışı” yağmağa başlayıb. #Rusiya #neft #oxuaz
1
36
Goranboyda həyat yoldaşı İ.Talıbovanın qətlində ittiham edilən 39 yaşlı M.Əliyevin (soyadlar şərtidir) məhkəməsi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Araşdırmalarla müəyyən edilib ki, M.Əliyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib. Belə ki, kişi arvadını digər şəxslərə, eyni zamanda öz xalası oğluna qısqanıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib, nəticədə M.Əliyev xanımını bıçaqlayaraq qətlə yetirib. Mərhumun atası məhkəməyə sənəd təqdim edərək M.Əliyevdən şikayətçi olmadığını bildirib. Məhkəmənin hökmü ilə M.Əliyevə 9 il həbs cəzası verilib. ©️ Qafqazinfo #Goranboy #məkhkəmə #oxuaz
19
Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisi müəyyənləşib. Oxu. Az xəbər verir ki, bu barədə İstanbul klubundan rəsmi məlumat verilib. Məlumata görə, "sarı-lacivərdlilər" İsmail Kartalla 1 illik müqavilə bağlayıb. Qeyd edək ki, İ.Kartal daha əvvəl müxtəlif vaxtlarda dörd dəfə "Fənərbağça"nı çalışdırıb. #FənərbağçaFK #İsmailKartal #oxuaz
1
2
35
Moskva şəhərinə PUA hücumu zamanı ölkənin ən böyük ticarət mərkəzlərindən biri olan “Sadovod” zərər görüb. Şəhər meri Sergey Sobyaninin məlumatına görə, hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan dronlardan birinin qalıqları ticarət kompleksinin binasına düşüb və kiçikmiqyaslı dağıntılar qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qeyd edək ki, “Sadovod” ticarət mərkəzinin yerləşdiyi “Kiyevskaya ploşad” şirkətinin ortaq sahibləri isə əslən Azərbaycandan – Quba rayonunun Qırmızı qəsəbəsindən olan tanınmış milyarderlər, Rusiyanın kommersiya daşınmaz əmlak bazarının liderləri Qod Nisanov və Zarah İliyevdir. #Moskva #PUA #oxuaz
107
Sumqayıt şəhərinin tanınmış müəllimlərindən olan Qalib Məmmədov vəfat edib. Oxu. Az-ın məlumatına görə, o, 33 nömrəli tam orta məktəbdə fəaliyyət göstərib. Qalib Məmmədov tarix müəllimi kimi çalışırmış. #ölümhadisəsi #Sumqayıt #oxuaz
43
"Səbail" klubunun adı dəyişdirilir oxu.az/1576196 #SəbailFK #oxuaz
30
Bakıdakı İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindən görüntülər. #İlhamƏliyev #İslamİnkişafBankı #oxuaz
1
1
31
Rəna Məmmədova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoruna müşavir təyin edilib. Bu barədə Oxu. Az-a TƏBİB-dən məlumat verilib. Qeyd edək ki, TƏBİB-in İcraçı direktorunun yeni müşaviri, tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova hazırkı təyinatınadək "Paşa Sığorta" ASC-nin Baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib. #təyinat #TƏBİB #oxuaz
45
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 19-da respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Oxu. Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də ödənişləri köçürüləcək. #ƏƏSMN #DSMF #pensiya #oxuaz
26
Azərbaycanın 3 universiteti TOP 800-ə daxil oldu - İLK DƏFƏ oxu.az/1576036 #Universitetlər #Reytinq #oxuaz
22
Azərbaycanda bu ilin ilk 4 ayında 11 min 422 nikaha daxilolma və 6 min 443 boşanma halları qeydə alınıb. Oxu. Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd edilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4.4-dən 3.4-ə, boşanmaların sayı isə 2-dən 1.9-a düşüb. #DövlətStatistikaKomitəsi #Evlənmə #Boşanma #Nikahınpozulması #oxuaz
29
ABŞ və İran prezidentləri tərəfindən imzalanmış qarşılıqlı anlaşma memorandumu qüvvəyə minib və İslamabad vasitəçi qismində bunu təsdiqləyib. Oxu. Az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" hesabında məlumat verib. "Bu gün Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında tarixi "İslamabad anlaşma memorandumu"nun elektron formatda imzalandığını elan etməkdən böyük şərəf duyuram. Sənəd hər iki ölkənin hörmətli prezidentləri tərəfindən imzalanıb və eyni zamanda vasitəçi kimi mənim tərəfimdən də təsdiqlənib", - deyə baş nazir paylaşımında qeyd edib. Onun sözlərinə görə, "İslamabad anlaşma memorandumu" dərhal qüvvəyə minir. "İlk addım olaraq İran İslam Respublikası təxirə salmadan Hörmüz boğazını açacaq, Amerika Birləşmiş Ştatları isə dəniz blokadasını dərhal ləğv edəcək", - deyə Pakistan hökumətinin rəhbəri əlavə edib. Pakistanın baş naziri münaqişənin dinc yolla həllinə sadiq qaldıqlarına görə ABŞ və İran rəhbərliyinə öz minnətdarlığını bildirib. O, həmçinin Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin vasitəçilik səylərini yüksək qiymətləndirib. #MəhəmmədŞahbazŞərif #ABŞ #İran #oxuaz
42
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ oxu.az/1575980 #DonaldTramp #MəsudPezeşkian #ABŞ #İran #oxuaz
23
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların xərcləri 113,3 milyard dollar təşkil edib. "Iran War Cost Tracker"in hesablamalarına görə, Yaxın Şərqdə 108 gün davam edən münaqişə zamanı əsas xərclər bölgəyə göndərilən hərbi qüvvələrin, gəmilərin və digər əməliyyatların maliyyələşdirilməsinə sərf olunub. ABŞ Prezidenti Donald Tramp isə İranla əldə olunan razılaşmanın ölkəsinin qarşıya qoyduğu məqsədlərə nail olmasına imkan verdiyini bildirib. #ABŞ #İran #oxuaz
21
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantısının açılış mərasimində iştirak edir - CANLI YAYIM oxu.az/1576004 #İlhamƏliyev #İslamİnkişafBankı #oxuaz
29
Futbol üzrə dünya çempionatının qrup mərhələsində Özbəkistan və Kolumbiya milli komandaları qarşılaşıblar. Oxu. Az xəbər verir ki, qarşılaşma Kolumbiya millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Belə ki, oyunun 40-cı dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Munoz fərqlənib. 60-cı dəqiqədə Fayzullayev bərabərlik qolunu vurub. Amma bu bərabərlik uzun çəkməyib. Qarşılaşmanın 65-ci dəqiqəsində Dias yenidən Kolumbiya millisini önə çıxarıb. Oyunun əsas vaxtına əlavə edilmiş 9-cu dəqiqədə Kampas hesab arasındakı fərqi daha da artırıb. #DÇ2026 #Özbəkistanmillisi #Kolumbiyamillisi #oxuaz
58